AZ

"Qarabağ" - Son 5 ildə ölkəsinə ən çox reytinq qazandıran ikinci komanda

“Qarabağ” son 5 ildə avrokuboklarda ölkəsinə ən çox əmsal qazandıran ikinci komandadır.

Sportinfo.az xəbər verir ki, Ağdam təmsilçisi geridə qalan 5 mövsümdə Azərbaycanın UEFA reytinqindəki mövqeyinə 15,250 xalla töhfə verib.

Bu isə ölkənin son 5 ildəki ümumi reytinq xallarının (20,125) 75,78 faizini təşkil edir.

Azərbaycan çempionu bu göstəricidə yalnız İsveçrənin “Vaduts” klubundan geri qalır.

"Qarabağ" 2024-2025-ci illər mövsümündə Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək. “Köhlən atlar” mübarizəyə II təsnifat mərhələsindən başlayacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
sportinfo.az

1Mənbələr