AZ

Silvinyo Albaniyanın “ölüm qrupu” haqda: “Püf… çətin olacaq”

Albaniya yığmasının baş məşqçisi Silvinyo 2024-cü il Avropa çempionatı ərəfəsində yarışdan gözləntiləri açıqlayıb.

Arena.az “The Guardian” nəşrinə istinadən, braziliyalı mütəxəssisin bu barədə fikirlərini təqdim edir.

“Bunlar hər biri 90 dəqiqəlik üç oyundur və bu müddətdə hər şey ola bilər. Bu müddət ərzində həyatınızı dəyişə bilərsiniz, həqiqətən uğur qazana bilərsiniz. Camaat deyir ki, bəy, sakitləşin, sakitləşin. Amma mən bacarmıram. Mənim işim xüsusi bir şey etmək üçün əlimizdən gələni etdiyimizə əmin olmaqdır.

Başlamaq üçün əla oyun və… püf… çətin olacaq”, deyə Silvinyo vurğulayıb.

Xatırladaq ki, sayca 17-ci Avropa çempionatının final mərhələsi Almaniyada keçiriləcək və düz bir ay – iyunun 14-dən iyulun 14-dək davam edəcək. AÇ-2024-ün oyunlarına Almaniyanın 10 şəhərinin 10 stadionu ev sahibliyi edəcək.

Albaniya millisi qitə birinciliyində İspaniya, Xorvatiya və İtaliya yığmalarının yer aldığı “B” qrupunda mübarizə aparacaq.

Albaniya milli komandası ilk oyununu iyunun 15-də İtaliya yığmasına qarşı keçirəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
arena.az

1Mənbələr