AZ

Rəssam Aydan Salahovanın "Sükutun səsləri" adlı fərdi sərgisi keçirilib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



YARAT Müasir İncəsənət Məkanı multidissiplinar rəssam Aydan Salahovanın "Sükutun səsləri" adlı fərdi sərgisini təqdim edir.
Oxu.Az xəbər verir ki, "Sükutun səsləri" Aydan Salahovanın Bakıda ilk irimiqyaslı muzey sərgisidir.
YARAT-ın sifarişi ilə hazırlanan sərgi, qlobal müstəvidə aktual olan məişət zorakılığı problemi və onun qurbanlarının adından səslənir. Öz layihəsində rəssam, məişət zorakılığının emosional mənzərələrini araşdıraraq qurbanların qorxuları və ümidsizliyini vurğulayır. Ekspozisiyada ağlay daşından yonulmuş 12 nəhəng küplərdən ibarət instalyasiya təqdim olunur və bu, sənətçinin yerli daşla əsərlər yaratmaqda ilk təcrübəsidir.
Sərginin əsas mahiyyəti küplərdən çıxan səslərdir - hər küp son 12 il ərzində baş vermiş ailə-məişət zorakılıq hadisələrinin xronikasından seçilmiş qurbanların faciəvi hekayələrini qısaca "danışır" və Azərbaycanda, habelə digər ölkələrdə yaşanan bu problemləri işıqlandırır. Bu səslər, instalyasiyanın estetik əzəməti və travmatik hekayələrin məşəqqəti arasında emosional təzad yaradır, ailə münasibətlərində zorakılıq hallarının cəmiyyətə gizli qalmamasının və ona qarşı çalışmaların zəruriliyini vurğulayır.
Daha çox foto burada: PhotoStock.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
8
oxu.az

10Mənbələr