AZ

"Apple" və "OpenAI" arasında müqavilənin təfərrüatları məlum oldu

Bazar ertəsi, iyunun 10-da, "Apple" məşhur chatbot ChatGPT-nin "iOS 18" əməliyyat sisteminə pulsuz inteqrasiyasını ehtiva edən "OpenAI" ilə tərəfdaşlıq elan edib.

Valyuta.az xəbər verir ki, "Bloomberg" analitiki Mark Qurmanın məlumatına görə, iki şirkət arasındakı müqaviləyə "Apple"dan maliyyə ödənişləri daxil deyil.

Sövdələşmə ilə tanış olan mənbələrə görə, "Apple" hesab edir ki, "iOS 18" inteqrasiyasının "OpenAI"a gətirəcəyi təsir pula bərabər və ya ondan daha dəyərlidir. Razılaşmaya əsasən, ChatGPT "Apple" şirkətinin "Siri" səs köməkçisinə və yeni yazı alətlərinə inteqrasiya olunacaq.

Gələcəkdə "Apple" öz platformalarında nəticələrin monetizasiyasından pay almaq üçün süni intellekt tərtibatçıları ilə gəlir bölgüsü sazişləri bağlamağı planlaşdırır. "iOS 18" "iPadOS 18" və "macOS Sequoia" ilə ChatGPT inteqrasiyası ondan faydalanmaq istəyən istifadəçilər üçün pulsuz olacaq. ChatGPT Plus abunəçiləri əlavə funksiyaları açmaq üçün öz hesablarına daxil ola biləcəklər.

Hazırda iOS üçün ChatGPT proqramında "Apple" 15%-dən 30%-ə qədər komissiya aldığı abunə seçimi daxildir.

Paşa Məmmədli
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
117
valyuta.az

1Mənbələr