AZ

Ukrayna rus qoşunlarının Belqorod vilayətindəki mövqelərini vurub

İyunun 11-də Ukrayna Amerikanın HIMARS raket artilleriya sistemindən Belqorod vilayətində rus qoşunlarının mövqelərini vurub.

Editor.az Rusiyanın “Astra” Teleqram kanalına istinadən xəbər verir ki, Rusiya-Ukrayna sərhədindən 18 kilometr aralıda yerləşən Borisovka kəndi yaxınlığındakı Rusiya mövqelərinə zərbələr edilib. Nəticəsdə 7 rus əsgəri həlak olub: “Hücum, HIMARS MLRS-dən olan iki raketlə həyata keçirilib, hərbçilərə məxsus 9 ev, beş avtomobil və bir yük maşını sıradan çıxarılıb”.

Həmin gün Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov Borisovkanın atəşə tutulması barədə məlumat verib. Onun sözlərinə görə, mülki şəxslər arasında xəsarət alan olmayıb: “9 fərdi yaşayış binasının şüşələri qırılıb, 5 avtomobil də quru otların yanması səbəbindən alovlanıb”, – deyə o, Telegram-da yazıb.

//Samir Qurbanov, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
editor.az

1Mənbələr