AZ

Ukraynada Kiyev vilayətində sənaye obyektində yanğın baş verib

Kiyev vilayətində sənaye obyektində baş verən yanğının 24 saatdan artıqdır ki, söndürülməsi davam edir.

Bu barədə Ukraynanın “Babel” nəşri özünün Teleqram kanalında məlumat yayıb.

“Kiyev vilayətində hələ də sənaye müəssisəsində yanğını söndürürlər. Nəticələrin aradan qaldırılması bir gündən artıqdır ki, davam edir”, - mesajda deyilir.

Nəşrin məlumatına görə, yanğına səbəb dağıntıların düşməsi olub. Hadisə yerinə 249 yanğınsöndürən, 98 texnika cəlb olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
aznews.az

1Mənbələr