AZ

Gəncədə üç ev yanıb, bir nəfər tüstüdən zəhərlənib

Gəncə şəhərində üç fərdi evdə baş vermiş yanğın zamanı bir nəfər tüstüdən zəhərlənib. 

Yaşayış evlərindən birində başlayan yanğın sonradan digər iki evə keçib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb. 

Hadisə nəticəsində 1990-cı il təvəllüdlü Ç.Hüseynova tüstüdən zəhərlənib və xəstəxanaya çatdırılıb. 

Yanğının səbəbləri araşdırılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
124
4
moderator.az

5Mənbələr