AZ

Peskov: NATO ölkələrinin Kiyevə silah tədarük etmək “öhdəliyi” heç nəyi dəyişməyəcək

Kreml əmindir ki, NATO-ya üzv ölkələr Ukraynaya məcburi qaydada silah tədarük etmək qərarına gəlsələr belə, bu, xüsusi əməliyyat zonasında vəziyyətə təsir etməyəcək.
 

Sfera.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib:


"Çətin ki, NATO üzvü olan ölkələrdən Ukraynaya mütəmadi olaraq göndərilsin".



Eyni zamanda, o xatırladıb ki, bir sıra alyans ölkələri NATO-nun baş katibi Yens Stoltenberqin təşəbbüsünə qarşı çıxır.


Xatırladaq ki, bir gün əvvəl NATO rəsmisi deyib ki, Ukraynaya silah tədarükü Şimali Atlantika Alyansı ölkələri üçün məcburi xarakter almalıdır.


Qryd edək ki, ehtimal olunur ki, iyunun 13-də NATO ölkələri Ukraynaya 40 milyard dollar məbləğində illik hərbi yardım planını təsdiq edə bilər.

İnci
Sfera.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
sfera.az

1Mənbələr