Hindistanın qərbindəki Maharaştra ştatının Naqpur şəhəri yaxınlığındakı partlayıcı istehsal edilən zavodda baş verən partlayış nəticəsində azı 6 nəfər ölüb, 3 nəfər yaralanıb. Manset.az axar.az-a istinadən bildirir ki, bu barədə "Ekonomik Tayms" qəzeti məlumat yayıb. Məlumata görə, partlayış "Chamundi Explosive" şirkətinin qablaşdırma sexində baş verib, ölənlər arasında beş qadın var. Polis hadisənin səbəblərini araşdırır.