AZ

Zaxarova: “Çoxları Rusiya ilə Ermənistan arasında ikitərəfli münasibətləri pozmağa çalışır” - VİDEO

“Çoxları Rusiya ilə Ermənistan arasında ikitərəfli münasibətləri pozmaq, əlaqələri yıxmağa çalışır. Bir çoxları 2 dövlət arasında münasibətlərə zərər vermək üçün çox şey edib”.

Bizim.Media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova həftəlik keçirdiyi brifinqdə deyib.

Zaxarova bildirib ki, Rusiya bəzən ona ünvanlanan təhqiredici bəyanatlara baxmayaraq, bu cəhdlərin nəticəsiz qalmasına çalışıb:

“Ermənistanla bütün sahələrdə münasibətlər bir sıra səbəblərə görə Rusiya üçün həmişə prioritet olub - tarixi, iqtisadi, geosiyasi. Münasibətlərimiz bərabər hüquqlar, maraqların qarşılıqlı nəzərə alınması, regiondakı vəziyyətin mürəkkəbliyini dərk etmək üzərində qurulub”.
 

Bizim.Media
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
1
bizim.media

2Mənbələr