AZ

AÇ-2024: Fransa yığmasının üzvlərində titrətmə və başağrısı

Fransa yığmasının futbolçuları Avropa çempionatı (AÇ-2024) ərəfəsində titrətmə və başağrısı yaşamağa başlayıblar.

Arena.az bu barədə “RMC Sport” dərgisinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, Didye Deşamın “xoruzlar”ının bəziləri soyuqdəymə keçiriblər.

Bu naxoş futbolçular adbaad açıqlanmasalar da, Fransa yığmasının yerləşdiyi məkanda ciddi bir fəsadın baş vermədiyi vurğulanır.

Həmçinin hadisənin təfərrüatı açıqlanmamaqla yanaşı, Fransa yığmasının mətbuat xidməti söz-söhbət xüsusiyyətli kənar müdaxilədən “xoruzlar”ı sığortalamağa çalışır.

Xatırladaq ki, 2024-cü il Avropa çempionatının final mərhələsi Almaniyada keçiriləcək və düz bir ay – iyunun 14-dən iyulun 14-dək davam edəcək. Yarışın oyunlarına Almaniyanın 10 şəhərinin 10 stadionu ev sahibliyi edəcək.

Fransa yığması AÇ-2024-də Niderland, Avstriya və Polşa yığmalarının yer aldığı “D” qrupunda mübarizə aparacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
arena.az

1Mənbələr