AZ

Qərb Ermənistanda baş verən polis zorakılığına göz yumur - ŞƏRH

Bu danılmaz bir həqiqətdir ki, aparıcı Qərb institutları, ocümlədən ABŞ başda olmaqla, əksər Qərb ölkələri müstəqil siyasətyürüdən dövlətlərə qarşı müxtəlif təzyiq üsullarından istifadəedirlər. Bu zaman isə onların istinad etdiyi ən əsas məsələ “insanhaqları”, “söz azadlığı”, “demokratiya” kimi gəlişi gözəl sözlərolur. Reallığa gələndə isə onların bu məsələdən yalnız şəxsimaraqlar naminə istifadə etdiklərini görürük.

Bunu Trend-ə Milli Məclisindeputatı Vüqar İskəndərov deyib.

Deputat bildirib ki, bunun belə olduğunu sübuta getmək yetirməküçün heç də uzağa getmək lazım deyil:

“Son vaxtlar Ermənistanda baş verən hadisələr və Qərbin buhadisələrə yanaşması onların demokratiya, söz azadlığı və insanhaqları məsələsinə yanaşmada nə qədər “səmimi” olduqlarını ortayaçıxarır. Məsələ burasındadır ki Ermənistanda polis zorakılığı ənson həddə çatıb. Aksiya zamanı mülki şəxslərə qarşı qəddar davranışsərgilənir. Lakin Qərb institutları buna göz yumur. Burada daQərbin məsələlərə ikili standartlardan yanaşdığının növəbtinümunəsini görürük”.

V.İskəndərov deyib ki, bütün bunlar bir daha bizləri nəticəçıxarmağa səsləyir.

“Mən “bizlər” deyəndə hələ də Qərbin guya hansısa ölkələrəazadlıq, demokratiya gətirmək üçün çalışdığına inananları, yaxudbunu iddia edənləri nəzərdə tuturam. Deyirəm ki, gəlin özümüzüaldatmayaq. Qərbin iç üzünü bir daha görürük. Görürük ki,demokratiya, insan haqları Qərb üçün sadəcə öz qaranalıqmaraqlarına nail olmaq üçün bir vasitədir. Yəni Ermənistanın mövcudhakimiyyəti onların maraqlarının icraçısı olduğu üçün Qərb bu günErmənistanda baş verən polis zorakılığına göz yumur”, - o əlavəedib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
98
az.trend.az

1Mənbələr