AZ

Taliban isə BRİKS-ə qoşulmağı xahiş edir

2021-ci ildə Əfqanıstanda hakimiyyətə gələn Taliban hərəkatı ölkənin Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT), Avrasiya İqtisadi İttifaqı (Aİİ) və BRİKS-ə daxil olacağına ümid edir.

 

Oxu24.com  xəbər  verir  ki, bunu Əfqanıstanın Moskvadakı müvəqqəti işlər vəkili Camal Nasir Qarxval deyib.

 

“Əfqanıstan hələ də ŞƏT-də müşahidəçidir, lakin biz bu təşkilatın daimi üzvü olmaq istəyirik. Və biz istəyirik ki, Rusiya bu məsələdə bizə dəstək versin. Eyni şey BRİKS üçün də keçərlidir.  Əfqanıstan da gələcəkdə Avrasiya İqtisadi Birliyinə üzv olmaq istəyir”, - Qarhval bildirib.

 

Nigar

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
oxu24.com

1Mənbələr