AZ

Türkiyə və ABŞ nəhayət ki razılaşdı – Müqavilə

Türkiyə və ABŞ F-16 qırıcılarının tədarükü ilə bağlı müqaviləni imzalayıblar.

Globalinfo.az xəbər verir ki, bu məlumatı Türkiyə Müdafiə Nazirliyi yayıb.

Türkiyə mediası isə öz mənbələrinə istinadən tədarüklə bağlı digər detalların danışıqların gedişində müzakirə olunacağını açıqlayıb:

“Tədarük üçün müqavilə imzalanıb. Nümayəndə heyətləri danışıqların gedişində detalları müzakirə etməyə davam edəcəklər”.

Qeyd edək ki, bundan öncə Türkiyə ABŞ-da 40 yeni F-16 Block 70 təyyarəsi, eləcə də 79 təyyarənin modernizasiyasını istəmişdi. ABŞ tərəfi əvvəlcə bununla bağlı əngəllər yaratsa da sonrada tərəflər ortaq yol tapa bilmişdilər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
1
paytaxt.org

2Mənbələr