AZ

18 min dollara görə 4 ildən sonra Azərbaycandan ayrıldı

Ölkəmizi Avropa Liqasında təmsil edən "Zirə"də bugünlərdə növbəti ayrılıq gerçəkləşdi.

Qəsəbə təmsilçisi Dimitrios Çantakiasla yollarını ayırdı.

Yunanıstanlı legioner 2020-ci ilin sentyabr ayından "Zirə"də çıxış edirdi. O, son mövsümdə "qartallar"ın heyətində meydana çıxdığı 32 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Zirənin eyniadlı klubu 29 yaşlı müdafiəçinin xidmətinə yenə də maraq göstərib, ona müqavilə də təklif olunub.

Sadəcə, Çantakiasın artan maaş tələbi sövdələşmənin baş tutmasını əngəlləyib. Elladalı "Zirə"dən aylıq 18 min dollar əməkhaqqı istəməsi ilə danışıqlar pozulub.

SPORTİNFO.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
120
sportinfo.az

1Mənbələr