AZ

Londonda Moskvaya qarşı yeni sanksiyalardan danışıblar

Böyük Britaniya iyunun 13-də Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək, bu sanksiyalar Rusiya Federasiyasına ikili təyinatlı malların ixracının qarşısını almağa yönələcək. Londonun sanksiyalarına Rusiyadan əlavə, Çin, Qırğızıstan, Türkiyə və İsrail şirkətləri də daxil olacaq.

 

Oxu24.com xəbər verir  ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron Londonda bir qrup xarici jurnalist üçün keçirdiyi brifinqdə deyib.


“Bu gün biz fərdlərə və şirkətlərə qarşı əhəmiyyətli sanksiyalar elan edəcəyik, lakin əsas odur ki, bunlar Böyük Britaniya və ya Avropada fəaliyyət göstərən şirkətlərlə məhdudlaşmır. Biz Rusiya döyüş maşınına dəstək üçün istifadə olunan məhsulların haradan gəldiyini müəyyən etmək üçün bütün dünya üzrə şirkətləri təqib edirik”.

 

"Mən ABŞ və Avropa İttifaqının sanksiyalar maşınının bütün imkanlarından istifadə etmələrini və Rusiyaya maksimum təzyiq göstərməsini təmin etmək istəyirəm", - o əlavə edib.

 

Cameron bu yaxınlarda konkret gəmilərə qarşı sanksiyalar tətbiq edən qanunun qəbulunu xatırladıb və “Rusiya neftini qeyri-qanuni yolla bütün dünyaya daşıyan tankerlərin kölgə donanmasını ovlamağa” çağırıb.

 

Nigar

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
oxu24.com

1Mənbələr