AZ

Anar: "Mir Şahinin fikri ilə heç cür razılaşa bilmərəm..." - Açıqlama

"İndi insanlar poçtdan yox, cib telefonlarından xəbər gözləyirlər..."

Bu sözləri "Kulis"ə müsahibəsində Xalq yazıçısı Anar deyib.

"Süleyman Rüstəmin “Ana və paçtalyon” şeiri çox təsirlidir, amma o dövrün ədəbiyyatıdır. İndi o cür şeirləri təkrar eləmək heç kimə lazım deyil. Çünki dövr də dəyişib, münasibətlər də dəyişib. İndi insanlar poçtdan yox, cib telefonlarından xəbər gözləyirlər. Yeni dövrü köhnə vasitələrlə göstərmək olmaz."

O qeyd edib ki, Qarabağ zəfəri ilə bağlı dərc edilən ədəbiyyat nümunələri layiqli qiymətini almır:

"Mir Şahinin bu fikri ilə heç cür razılaşa bilmərəm. Bədbəxtçilik budur ki, çıxan yazıları, əsərləri, kitabları oxumurlar, sonra da “niyə yaranmır?” deyirlər. Təkcə Qarabağ zəfəri ilə bağlı “30 ilin həsrəti – 44 gününü zəfəri” adlı 1000 səhifəlik kitabımız çıxıb. Burda bizim yaşayan şairlərimizin, nasirlərimizin, alimlərimizin müxtəlif janrlarda bədii ədəbiyyat nümunələri var. Mən xahiş eləmişdim ki, daha çox işğal edilmiş rayonlarımızdan olan müəlliflər öz torpaqları haqqında yazsınlar. Çünki oraları ən yaxşı onlar tanıyır. Çox bitkin bir kitab ərsəyə gəldi. Biz o kitabı dövlət mükafatına da təqdim elədik. Təəssüf ki, almadı. Yəni belə bir kitab ortaya qoyduq, amma yenə də deyirlər ki, “niyə yazmırlar?”. Yaranana qiymət verin, sonra deyin ki, niyə yaranmır..."


Ətraflı burada:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
kulis.az

1Mənbələr