AZ

Anası tərəfindən qeyri-etik görüntüsü yayılan uşaq sığınacağa yerləşdirildi

Sosial şəbəkələrdə öz qızının qeyri-əxlaqi görüntülərini paylaşan ana məsuliyyətə cəlb olunub, övladı ondan alınıb.

Turkustan.az xəbər verir ki, bununla bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, Dövlət Komitəsi həmçinin sosial şəbəkələrdə ananın azyaşlı qızının qeyri-əxlaqi hərəkətlərini əks etdirən görüntülərini yaymasından dərhal sonra faktın araşdırılması ilə bağlı aidiyyəti qurumlara müraciət edib.

Azyaşlı və valideyni ərazi üzrə polis bölməsinə dəvət edilib, sonra uşaq anadan alınaraq Sosial Xidmətlər Agentliyinin sığınacağına yerləşdirilib. Ana ilə bağlı araşdırma davam edir.

17:23

Sosial şəbəkələrdə azyaşlı ilə qadının qeyri-əxlaqi hərəkətlərini əks etdirən görüntülər araşdırılıb.

APA xəbər verir ki, qadının şəxsiyyəti polis əməkdaşları tərəfindən müəyyən olunub və o, saxlanılıb. Araşdırmalarla müəyyən edilib ki, görüntülərdə əks olunan qadının 56, azyaşlının 8 yaşı var. Azyaşlı onun övladıdır. Qadın məsuliyyətə cəlb edilib, araşdırmalar davam edir.

DİN-in Mətbuat Xidmətindən APA-ya məlumatı təsdiqləyiblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
13
turkustan.az

10Mənbələr