Məkkədə Həcc ziyarəti zamanı vəfat edən dörd yaşlı uşaq azərbaycanlı deyil.
Azadmedia.az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanlar İdarəsindən bildirilib.
Belə ki, “Azərbaycanlı zəvvarlar arasında dörd yaşlı uşaq yoxdur”, - deyə məlumatda qeyd edilib.
Həmçinin Xarici KİV-in məlumatına görə, vəfat edən uşaq Misir vətəndaşıdır. Dörd yaşlı Yəhya Məhəmməd Ramazan Həcc mərasimlərini yerinə yetirən ailəsi ilə birlikdə olan zaman kəskin isti hava şəraitinə görə dünyasını dəyişib.