AZ

İdmançımız Avropa çempionatının qalibi oldu - FOTO

6-10 iyun 2024-cü il tarixlərində Bosniya və Herseqovinanın Sarayevo şəhərində Beynəlxalq Cüdo Federasiyasının təşkilatçılğı ilə veteran cüdoçular arasında Avropa çempionatı keçirilib.


Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, turnirdə Avropanın 35 müxtəlif ölkəsindən 800-ə yaxın idmançı iştirak edərək əzmkar mübarizə aparıb.

Çempionatda çıxış edən veteranlardan ibarət Azərbaycan cüdo milli yığma komandasının üzvü və FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşı, daxili xidmət baş çavuşu Vüqar Babayev -66kq çəki dərəcəsində 3 döyüş keçirib, bütün rəqiblərinə qalib gələrək çempionatın qızıl medalının sahibi olub.

Qeyd edək ki, Vüqar Babayev cüdo üzrə üçqat dünya, dördqat Avropa, beynəlxalq turnirlərin

qalibi və mükafatçısıdır.13 iyun 2024-cü il tarixində FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev idmançı ilə görüşərək qazandığı qələbəyə görə təbrik edib və gələcək yarışlarda uğurlar arzulayıb.







Bizim.Media

Seçilən
152
bizim.media

1Mənbələr