AZ

Yaşayış binasında güclü partlayış: Xilasedicilər çətin vəziyyətdə qaldı – FOTO

İyunun 13-də səhər saatlarında Belçikanın Antverpen şəhərində yaşayış binasının yuxarı mərtəbələrində güclü partlayış baş verib.

Yenicag.az xəbər ki, bu barədə RTB məlumat yayıb.

Xilasedicilər dağıntılar altından altı nəfəri çıxarıb, onlardan biri tezliklə ölüb. Daha üç yaralının vəziyyəti ağırdır.

Hələ də insanların ola biləcəyi dağıntıların yoxlanılması və araşdırılması davam edir. Xilasedicilər uçmaq təhlükəsi səbəbindən birbaşa zərər çəkmiş mərtəbələrə çıxa bilmirlər.

Fövqəladə hadisə yerinə əyalətin meri və qubernatoru gəlib.

Partlayışın mümkün səbəbləri barədə rəsmi məlumat verilməyib. Ölkə mediası partlayışın qaz sızmasından ola biləcəyini irəli sürüb.

İsmayıl Bakuvi

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
128
yenicag.az

1Mənbələr