AZ

Azərbaycan iqtisadiyyatının nominal dəyəri kiçildi

2024-cü ilin yanvar-may aylarında Azərbaycanda 48 milyard manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal edilib.

 

Sfera.az xəbər verir ki, real qiymətlərlə ÜDM istehsalı 4,2 faiz artsa da nominal qiymətlərlə istehsalın həcmində azalma qeydə alınıb. Artıq ikinci ildir ki, ölkəmizdə ÜDM istehsalı nominal qiymətlərlə azalır.

 

2021-ci ilin yanvar-may ayları ərzində 31,5 milyard manatlıq ÜDM istehsal edilmişdi. 2023-cü ilin eyni dövründə bu göstərici 50,87 milyard manata yüksəldi.

 

Sonra isə ÜDM istehsalında azalma dinamikası baş verdi və bu proses hələ də davam edir. Belə ki, 2023-cü ilin ilk 5 ayında istehsalın nominal dəyəri 49,58 milyard manata, 2024-cü ilin beş ayında 48 milyard manata enib. ÜDM-nin nominal dəyərinin azalmasının yeganə səbəbi neft və qaz qiymətlərinin enməsi, eləcə də neft hasilatının azalması ilə bağlıdır.

 

Vasif

Seçilən
161
sfera.az

1Mənbələr