AZ

Paşinyanın qalmaqallı qərarına Belarusdan REAKSİYA

Belarus Ermənistan Baş naziri Nikol Paşinyanın Minskə bir daha səfər etməyəcəyi açıqlamasını şərh edib.

Globalinfo.az xəbər verir ki, Belarusun Rusiyadakı səfirinin müşaviri Aleksandr Şpakovski Paşinyana erməni məmurların Belarus müxalifəti ilə əlaqələrini xatırladıb.

“Biz sakit şəkildə Nikol Paşinyanın impulsiv bəyanatlarını qiymətləndiririk. Qardaş erməni xalqına hörmətlə yanaşmağa davam edirik”, – onun bəyanatında yer alıb.

Belarusdan olan diplomat İrəvandan onun daxili işlərinə qarışmamasını istəyib:

“Biz Ermənistan rəhbərliyinin nümayəndələrinin Belarusdan olan siyasi ekstremist liderlərlə kontaktlarını təəccüblə izləmişik. Müttəfiq seçimi Minskin suveren qərarıdır”.

Qeyd edək ki, Paşinyan bu gün Belarusa Lukaşenko prezident olduğu müddət ərzində bir də səfər etməyəcəyini deyib. Buna səbəb kimi Belarusun 44 günlük müharibəyə hazırlıqda Azərbaycana dəstək olmasını göstərib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
bakuinform.agency

1Mənbələr