AZ

Çempionlar Liqasının finalçısı baş məşqçisi ilə vidalaşdı

Almaniyanın “Borussiya Dortmund” klubu baş məşqçisi Edin Terziç istefa verib.

Msport.az Dortmund təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 42 yaşlı mütəxəssislə əməkdaşlığa qarşılıqlı razılıq əsasında son qoyulub.

O, klub rəhbərliyinə müraciət edərək, şəxsi məsələlərə görə vəzifəsini tərk etmək istədiyini bildirib. Almaniyalı çalışdırıcının xahişi anlayışla qarşılanıb və onunla müqaviləyə xitam verilib.

Qeyd edək ki, Edin Terziç ötən mövsüm “Borussiya Dortmund”u UEFA Çempionlar Liqasının finalına çıxarıb. Almaniya klubu həlledici matçda İspaniya “Real Madrid”inə 2 cavabsız qolla uduzub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
1
msport.az

2Mənbələr