AZ

DİM əməkdaşlıq imkanlarını genişləndirir

13 iyun 2024-cü il tarixində Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, sədrin müavini Namiq Babayev və DİM-in struktur bölmələrinin rəhbərləri Türkiyənin Ölçmə, Seçmə və Yerləşdirmə Mərkəzinin (ÖSYM) rəhbəri Bayram Əli Ərsoy və Türkiyənin Milli Təhsil Nazirliyinin Bakıdakı təhsil müşaviri Yurdagül Aydoğanı qəbul ediblər.

 

AzEdu.az xəbər verir ki, görüşdə ölçmə və qiymətləndirmə sahəsində tətbiq edilən yeni metod və yanaşmalar, imtahanların rəqəmsallaşdırılması, yoxlama-ölçmə materiallarının hazırlanması və yoxlanılmasında süni intellektin tətbiqi, dövlət qulluğuna qəbulda səriştə yönümlü qiymətləndirmənin həyata keçirilməsi, beynəlxalq səviyyədə akkreditasiya olunan standartlaşdırılmış imtahanların keçirilməsi, qurumlar arasında təcrübə mübadiləsinin genişləndirilməsi, qarşılıqlı səfərlərin təşkili, beynəlxalq təşkilatların fəaliyyətində birgə iştirak və s. məsələlər müzakirə edilib.

 

Qonaqlar həmçinin DİM-də yaradılmış və ölkəmizin milli qiymətləndirmə sisteminin tarixini əks etdirən muzeylə də tanış olublar.

 

Xatırladaq ki, Ölçmə, Seçmə və Yerləşdirmə Mərkəzi (ÖSYM) Türkiyədə universitetlərə, dövlət qulluğuna və s. geniş miqyaslı imtahanların təşkilinə məsul olan orqandır. Qurum ilk dəfə 1974-cü ildə Universitetlərarası Şura tərəfindən “Universitetlərarası Tələbə Seçmə və Yerləşdirmə Mərkəzi (ÜSYM)” adı ilə yaradılıb. 2011-ci ildə isə adı adı Ölçmə, Seçmə və Yerləşdirmə Mərkəzi olaraq dəyişdirilib. ÖSYM il ərzində 10 milyondan çox insan üçün müxtəlif növ imtahan keçirir.

 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
azedu.az

1Mənbələr