AZ

Məkkədə Həcc zamanı ölən uşaq azərbaycanlı deyil - RƏSMİ

Məkkədə Həcc ziyarəti zamanı vəfat edən dörd yaşlı uşaq azərbaycanlı deyil.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Qafqaz Müsəlmanlar İdarəsindən (QMİ) bildirilib.

Bildirilib ki, məlumat həqiqəti əks etdirmir: “Azərbaycanlı zəvvarlar arasında dörd yaşlı uşaq yoxdur. Yayılan informasiyaya görə, vəfat edən uşaq misirli olub”.

Xarici KİV-in məlumatına görə, əslində, vəfat edən uşaq Misir vətəndaşıdır. Dörd yaşlı Yəhya Məhəmməd Ramazan Həcc mərasimlərini yerinə yetirən ailəsi ilə birlikdə olan zaman kəskin isti hava şəraitinə görə dünyasını dəyişib.

Qeyd edək ki, sosial şəbəkələrdə dörd yaşlı azərbaycanlı uşağın Məkkədə Həcc ziyarəti zamanı həyatını itirdiyi haqqında məlumat yayılmışdı. Məlumat üçün bildirək ki, Azərbaycandan Həcc ziyarətinə yollanan zəvvarlar arasında ən kiçiyi 2013-cü il təvəllüdlüdür.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
13
olke.az

10Mənbələr