AZ

Terziç "Borussiya"nı tərk etdi - RƏSMİ

Dortmund "Borussiya"sının baş məşqçisi Edin Terziç postundan ayrılıb.

Fanat.Az xəbər verir ki, məlumatı "arılar"ın rəsmi saytı yayıb.

Xəbərə görə, mütəxəssis özü klub rəhbərliyindən müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilməsini xahiş edib.

Xatırladaq ki, "Borussiya" son mövsümdə 63 xal toplayaraq Bundesliqada 5-ci olub. Həmçinin Terziçin rəhbərliyi altında Çempionlar Liqasının finalına yüksələn Almaniya təmsilçisi həlledici matçda "Real Madrid"ə 0:2 hesabı ilə uduzub.

Nihat  

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
fanat.az

1Mənbələr