AZ

Qazaxıstanda ilin əvvəlindən terrorizm və ekstremizmə görə 26 nəfər MƏHKUM EDİLİB

2024-cü ilin əvvəlindən Qazaxıstanda bir terror aktının qarşısı alınıb və 26 nəfər terrorçuluqda təqsirli bilinib.

interpress.az xəbər verir ki, bu barədə Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, 2024-cü ilin əvvəlindən Qazaxıstanda bir terror aktının qarşısı alınıb və 26 nəfər terrorçuluq və ekstremizmdə təqsirli bilinib. Həmçinin ekstremizm və terrorizmlə məşğul olan 151 əcnəbi vətəndaşın ölkəyə buraxılmasına icazə verilməyib.

Bundan başqa, respublikaya qadağan olunmuş dini ədəbiyyat gətirdiklərinə görə 19 əcnəbi cinayət məsuliyyətinə cəlb edilib.

Xuraman Etibarlı

İnterpress.az 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
interpress.az

1Mənbələr