AZ

Bu müharibədə İran dronlarından istifadə olunur – Sübuta yetirildi

Sudan müharibəsində İran dronlarından istifadə edilməsi sübuta yetirildi.

NOCOMMENT.az “BBC”yə istinadən xəbər verir ki, İran və BƏƏ Sudanda 14 aydır davam edən və ölkəni viran qoyan müharibədə döyüşən tərəflərə dron göndərilməsinə qarşı BMT-nin sanksiyalarını pozmaqda günahlandırılıb.

Məlumata görə, martın 12-də Sudanın hökumət qoşunları Xartumda Dövlət Televiziyası və Radio Mərkəzinin ofisini yaraqlıların əlindən alıb. Bildirilib ki, ofis 11 ay öncə keçmişdə Sudan hökuməti tərəfindən idarə olunan Çevik Dəstək Qüvvələrinin yaraqlıları tərəfindən tutulmuşdu.

Hökumət qoşunlarının əməliyyatı zamanı diqqət çəkən o idi ki, videolarda bu hücumun İran istehsalı olan dronların köməyi ilə həyata keçirildiyi göstərilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
nocomment.az

1Mənbələr