AZ

Azərbaycan və Türkiyə qardaşlığının hüquqi sənədlə təsdiqi-Şuşa Bəyannaməsi- ÖZƏL

"Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının əsas möhkəmləndirici sənədi oldu. Bu bəyannamə Azərbaycan və Türkiyə qardaşlığının hüquqi sənədlə təsdiqi idi".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev qeyd edib:

"Bu iki dövləti stratejik olaraq bir-birinə bağlayan və regionda yeni reallığın meydana gəlməsinə səbəb olan sənəddir. Şuşa Bəyannaməsi Azərbaycanın tarixi zəfərini daha da möhkəmləndirdi. Gələcək üçün də Azərbaycanın qazandığı zəfərin təminatçısı oldu. Bu zəfər heç zaman pozulmayaq, heç kəs Azərbaycanın azad etdiyi torpaqlara qarşı hansısa hərəkətə keçməyəcək. 
Şuşa Bəyannaməsi Azərbaycanın inkişafı, gələcəyi üçün mühim perspektivlər vəd edən sənəddir. Həmçinin Türkiyə və Azərbaycan arasındakı əlaqələrin daha da güclənməsi ümumilikdə Türk dünyasının inteqrasiyası baxımından mühim əhəmiyyət kəsb edir. Göründüyü kimi Azərbaycanın yolu cənab Prezidentin də qeyd etdiyi kimi Türk dünyasıdır. Türk dünyası bizim ailəmizdir. Türk dünyasına inteqrasiya, bağlılıq Azərbaycanın hazırkı siyasətində önəmli bir məsələdir. Burda da Türkiyə ilə əlaqələr mühim əhəmiyyət kəsb edir. Buna görə də Azərbaycan-Türkiyə əlaqələrinin Şuşa Bəyannaməsində qeyd olunduğu kimi güclü stratejik səviyyəyə çatması özlüyündə mühümdür. Bu bəyannamə ilə Azərbaycanın Türk dünyasındakı əsas rolu daha da möhkəmləndi. Bu, Türkiyənin regionda əbədi və əzəli möhkəmlənməsinə xidmət edən sənəd oldu. Azərbaycan-Türkiyə əlaqələri bundan sonra da dostluq, qardaşlıq və strateji müttəfiqlik səviyyəsində inkişaf edəcəkdir".

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
olaylar.az

1Mənbələr