Bundan sonra şəhidin həyat yoldaşı vəfat etdiyi halda, onun ailə üzvləri də mənzil növbəsinə dayanmaq hüququndan istifadə edə biləcək. Bunu Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
"Bir necə müddət bundan öncə
qazilərlə bağlı belə bir problem ortaya çıxmışdı əgər Qarabağ qazisi növbədə
olarkən dünyasını dəyişirdisə onun ailə üzvləri həmin növbədən avtomatik
çıxarılırdı. Qanundakı boşluğu aradan qaldırdıq. Onların bütün ailə üzvlərinə
şamil olundu ki, qazi həyatdadrsa və ya ölübsə onun ailə üzvü mənzil növbəsi ilə
təmin olunsun. Eyni prosesi biz indi bir neçə hallarda şəhid ailələri ilə də
müşahidə etdik. Artıq proses sona çatıb. Qanun bizə daxil olubdur. Bir cümlədən
ibarət qanun layihəsi onlarla şəhid ailəsinin üzləşdiyi problemin aradan
qaldıracaq. Şəhidin həyat yoldaşı dünyasını dəyişirsə şəhidin övladları o
status yaşından keçibsə onlar onda həmin mənzil növbəsində iddialı ola bilmirdilər. Bundan sonra bu məsələ də öz həllini tapacaq", - komitə sədri bildirib.
Musa Quliyev bildirib ki, şəhid ailələri və qazilərin böyük bir qismi artıq evlə təmin olunub. Yaxın bir il və bir il yarım ərzində bu proses tam yekunlaşacaq.
Sədr vurğulayıb ki, bu kateqoriyadan olan 15 min şəxsə ev verilib.
Gülnar Nazimqızı
www.anews.az