AZ

Şuşa Bəyannaməsinin imzalanması böyük tarixi naliyyətdir- ÖZƏL

"Azərbaycanla Türkiyə qardaş dövlətlərdir və iki ölkə arasında olan əlaqələr dövlətlərarası münasibətlər sisteminin fövqündə dayanır. Demək olar ki, bu cür nümunə dünyada yalnız Azərbaycan və Türkiyə arasında var".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Zülfüqaroğlu qeyd edib:

"İki qardaş ölkə arasındakı münasibətlərin daha da inkişaf etdirilməsi və strateji tərəfdaşlıq səviyyəsinə çatdırılması üçün fəaliyyətin yürüdülməsi heç də asan başa gəlməyib. Təbii ki burada Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın müstəsna xidmətləri var. Türkiyə və Azərbaycan münasibətlərinin inkişafı müəyyən qüvvələri narahat edən faktorlardandır. Bütün bunlara rəğmən hər iki ölkə təxribatlar və münasibətlərimizi pozmağa yönəlik addımları neytrallaşdıra biliblər. Bunun pik nöqtəsi Şuşa Bəyannaməsi oldu. Türkiyə Azərbaycanın apardığı 44 günlük Vətən müharibəsi zamanı Azərbaycana ən yüksək səviyyədə dəstək verdi. Biz Birinci Qarabağ müharibəsi zamanı Dəmrəl hökümətinin NATO-nun qorxusundan Azərbaycana dəstək verməməsini və mülki əhalinin Kəlbəcərdən çıxarılması üçün helikopter belə verməyə cəsarət etmədiyini görmüşük. Bu, hər iki dövlət üçün mənfi nümunələrdən biridir. Biz, Azərbaycan-Türkiyə münasibətlərinin inkişaf etməsini həm də bir xalq olaraq arzulayırıq, çünki bu, eyni kökdən gələn millətin təbii istəkləridir. Azərbaycan və Türkiyə bölgədə kifayət qədər güclü aktorlardır. Bu iki ölkənin razılığı olmadan bölgədə hər hansısa lahiyənin reallaşdırılması mümkünsüzdür. Dövlət başçılarının bu istiqamətdə yürütdüyü diplomatik səylər kifayət qədər təqdirəlayiqdir. Hesab edirəm ki, Şuşa Bəyannaməsinin imzalanması özü böyük bir tarixi naliyyətdir. Bununla hər iki ölkənin üzərinə götürdüyü öhdəliklər var. Tərəfdaşlıq münasibətləri rəsmiləşdi və bu, üçüncü qüvvələrin Azərbaycana müdaxiləsi üçün çəkindiyi faktorlardan biridir. Azərbaycan Türkiyədən kifayət qədər gözləntiləri olan dövlətdir və eyni zamanda Azərbaycan da kifayət qədər öz dəstəyini Türkiyəyə göstərir. Tarixi faktlar bunu deməyə əsas verir. Xüsusilə zəlzələ zamanı Azərbaycan xalqının və dövlətinin qardaş Türkiyənin yanında olması bizim münasibətlərimizin hansı səviyyədə olmasından xəbər verir. Təbii ki, dövlətlərarası münasibətlər sisteminin daha da inkişaf etdirilməsi üçün addımlar davam etdirilməlidir və biz, danışıqlar prosesinin müəyyən qüvvələr tərəfindən əngəlləndiyinin şahidi oluruq. Eyni zamanda müəyyən qüvvələr tərəfindən təhdidedici faktorlar, təxribatçı addımların atıldığını hər zaman görürük. Bundan sonra da belə olacaq. Mübarizə bitməyib və müxtəlif istiqamətlərdə davam edir. Ona görə də Azərbaycanın Türkiyədən gözləntilərindən biri Qarabağ mövzusunun Türkiyənin xarici siyasətində əsas prioritetlərdən biri olaraq qalmasıdır. Türkiyə danışıqlar prosesində öz prinsipiallığını qoruyub saxlamalıdır. Hesab edirəm ki, Türkiyə öz prioritetləri sırasında danışıqlar prosesini, Azərbaycanın ərazi bütövlüyü mövzusunu ilk sıralarda saxlayacaq".

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
olaylar.az

1Mənbələr