AZ

"Ümid edirəm ki, bu dəfə turnirin qalibi olacağıq" - Harri Keyn

İngiltərə millisinin hücumçusu Harri Keyn 14 iyun - 14 iyul aralığında Almaniyada keçiriələcək Avropa çempionatından danışıb.

Fanat.Az xəbər verir ki, onun sözlərini UEFA-nın rəsmi saytı belə çatdırıb:

"Həyəcanlıyam. Həmişə belə anlarda həyəcan keçirirsən. Ancaq bu, yorucu həyəcan deyil. 

İngiltərə millisinin kapitanı olmaq bir futbolçu kimi layiq görüldüyüm ən böyük şərəfdir. Unikal hisslərdir. Dördüncü dəfə böyük turnirdə kapitan sarğısını daşımaq qürurvericidir. Əvvəlkilərdə yarımfinala, finala və 1/4 finala yüksəlmişdik. Ümid edirəm ki, bu dəfə turnirin qalibi olacağıq.

Bu komanda tarixin ən yaxşılarından biri, bəlkə də birincisidir. Bizim qorxu hiss etməyən, meydana çıxıb oynamağı hədəfləyən çox sayda gənc və istedadlı oyunçularımız var".

Xatırladaq ki, məlum pandemiya səbəbindən 2021-ci ildə keçirilən AÇ-2020-də finala yüksələn İngiltərə İtaliyaya uduzmuşdu - 1:1, penaltilərlə 2:3.

Nihat 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
fanat.az

1Mənbələr