AZ

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Zelenski ilə Ukrayna böhranını müzakirə edib

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud Ciddədə Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşüb.

Bu barədə "SPA" xəbər agentliyi məlumat yayıb.

Qəbul zamanı ölkələr arasında ikitərəfli münasibətlərə nəzər salınıb, Ukrayna münaqişəsi ilə bağlı məsələlər müzakirə olunub.

“Vəliəhd şahzadə krallığın böhranın həllinə yönəlmiş bütün beynəlxalq təşəbbüslərə və səylərə, habelə onun yaratdığı humanitar nəticələrin yumşaldılması yollarına dair müzakirələrə marağı və dəstəyini bir daha təsdiqləyib”, - deyə məlumatda bildirilir.

Qəbulda hər iki tərəfdən rəsmi şəxslər də olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
50
aznews.az

10Mənbələr