AZ

Əgər bu insanlar evlənərsə, uşaqları xəstə doğulacaq - Həkimdən XƏBƏRDARLIQ!

Gələcək nəsillərin sağlam olması bugün qurulan ailələrdən asılıdır. Məhz bu baxımdan evlənməzdən öncə müayinədən keçmək vacib şərtlərdən biridir. Müayinə cütlüyün dünyaya gələcək uşağında heç bir problemin olmaması baxımından önəmlidir. Lakin bəzi valideynlər övladları evlənən zaman qarşı tərəfə hər hansısa bir xəstəliyi, problemi varsa, demir, gizlədir.

 

Maraqlıdır, tibbi müayinədən keçən zaman hansı xəstəliklər aşkarlana bilər?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan həkim Aytən Quliyeva bildirib ki, əvvəl nikah öncəsi müayinədən keçmək könüllü idisə, indi məcburi hal daşıyır.

 

"Nikahdan öncə bu proqramın həyata keçirilməsində məqsəd cütlüklər arasında olan hər hansı bir xəstəliyin aşkarlanmasıdır. Tibbi müayinə zamanı yoxlanılan xəstəliklər bunlardır: hemoqlobinopatiyalar: böyük beta-talassemiya; aralıq beta-talassemiya; drepanotalassemiya; oraqvari hüceyrəli anemiya; İİV/QİÇS; sifilis".

 

Aytən Quliyeva qeyd edib ki, sifilis və QİÇS xəstəlikləri, əsasən, cinsi əlaqə ilə ötürülür.

 

“Bu infeksiyaları təhlil etmək çox vacibdir və müdafiəsiz cinsi əlaqə yolu ilə ötürülür. Bütün infeksiyaların 80-85%-i bu şəkildə baş verir. İİV qanda, eləcə də kişilərin spermasında və qadınların vaginal ifrazatında olur. Bu xəstəliklər orqanizmin mikroblara qarşı müqavimət qabiliyyətini aşağı salır. Əgər insan nikahdan əvvəl sifilis üçün yoxlanılırsa, yoluxmuş şəxs zamanında müalicə oluna bilər. Bundan əlavə, qadına sifilis diaqnozu qoyularsa və müalicə olunarsa, bu, xəstəliyin körpəsinə keçməsinin və gələcəkdə fəsadların qarşısı alına bilər. Azərbaycan talassemiya xəstəliyinin çox yayıldığı ölkələr siyahısındadır. Əgər talassemiya xəstəliyinin daşıyıcıları evlənərsə, onların uşaqlarının xəstə doğulma ehtimalı yüksəkdir”.

 

Ülkər Abdurahmanlı

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
sfera.az

1Mənbələr