AZ

2023-cü ildə PKK, FETÖ və İŞİD-ə qarşı 40 minə yaxın əməliyyat keçirilib – Türkiyənin daxili işlər naziri

2023-cü ildə PKK, FETÖ və İŞİD-ə qarşı 40 minə yaxın əməliyyat keçirilib.

interpress.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin rəhbəri Əli Erlikaya məlumat verib.

O bildirib ki, 2023-cü il ərzində kürd hərbi-siyasi təşkilatı PKK-ya qarşı 31 994 əməliyyat keçirilib.

Onun sözlərinə görə, bu əməliyyatlar zamanı təşkilatın 1022 silahlısı zərərsizləşdirilib.

Bundan əlavə, ötən il ərzində aşağıdakı əməliyyatlar həyata keçirilib:

FETÖ hərəkatına qarşı – 5.543;
İŞİD-ə qarşı – 1.607.

Xuraman Etibarlı

İnterpress.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
105
interpress.az

1Mənbələr