AZ

Almaniya "yeni Macarıstan"a çevirilir: Berlin Rusiyaya qarşı sanksiyaları bloklayır

Almaniya Rusiyaya qarşı yeni sanksiyaların qarşısını alır. Məhz Berlinin səyləri nəticəsində yeni paket hələ də qəbul edilməyib.

HİT.az xəbər verir ki, bu barədə DPA məlumat yayıb. 

Mətbuatın yazdığına görə, Almaniya hökuməti Avropa İttifaqının Rusiyaya qarşı yeni sanksiyalar paketi üzrə danışıqlara mane olur. Yeni anti-Rusiya sanksiyalar paketinin gecikdirilməsinin əsas səbəbi Berlinin narahatlığı olub.

Avropa İttifaqı rəsmilərindən biri bildirib ki, Almaniya bu yaxınlarda "yeni Macarıstan" təəssüratı yaradır. Bundan əvvəl Avropa İttifaqı səviyyəsində yeni anti-Rusiya sanksiyalarının qəbuluna məhz Budapeşt mane olub.

Brüsseldəki diplomatlar anonimlik şərti ilə bildiriblər ki, Almaniyanın qeyd-şərti Avropa İttifaqı sanksiyalarından yan keçməyi çətinləşdirməyə yönəlmiş tədbirlər planlarına aiddir. Berlin sanksiyaları poza biləcək şirkətlərin filiallarının məsuliyyəti ilə bağlı qaydanın aradan qaldırılmasına çağırır.

"Səbəb, açıq-aydın, alman şirkətlərinin sanksiyaların pozulmasına görə məsuliyyət daşıya biləcəyi qorxusudur", deyə nəşr yazıb.

Avropa İttifaqı Rusiyanın neft daşıma nəhəngi "PJSC Sovcomflot"a qarşı sanksiyalar tətbiq etməyi təklif edir. Qeyd olunur ki, bu qərar Kremlin Ukraynaya qarşı müharibəni maliyyələşdirmək imkanlarını daha da məhdudlaşdırmağa imkan verəcək.

Mart ayında bildirilmişdi ki, Qərbin məhdudiyyətləri ilə bağlı risk səbəbindən Hindistan neft emalı zavodları Rusiyanın "Sovcomflot"a məxsus tankerləri qəbul etməmək qərarına gəlib. Lakin sonradan bu qərardan vaz keçərək yenidən Rusiya neftini qəbul etməyə başlayıblar.

"Bloomberg" Rusiyanın öz neftini daşımaq üçün gizli sxemini də açıqlayıb. Belə ki, ABŞ-ın sanksiyaları altında olan Rusiya tankeri "Primorya" gizli şəkildə başqa gəmiyə neft yükləyib.

Samir

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
32
hit.az

10Mənbələr