AZ

Neftçilər xəstəxanasında ürəkdə cihaz implantasiyası əməliyyatlarına başlanılıb » Medical Media



Mərkəzi Neftçilər Xəstəxanasının Kardiologiya şöbəsində uzun fasilədən sonra icrasına başlanılan ürəkdə cihaz implantasiyası əməliyyatları uğurla başa çatıb.

İllər sonra cihaz implantasiyası cərrahi əməliyyat ilk olaraq 74 yaşlı pasiyent (cinsi qadın) üzərindən həyata keçirilib. Əməliyyatdan əvvəl tibbi müayinələr zamanı işemik insult diaqnozu qoyulan pasiyentdə koronar angioqrafiya və elektrokardioqramma müayinəsinin nəticəsində ürəkdə tam qulaqcıq-mədəcikdaxili blokadasının olması, ciddi təzyiq problemi, huşunun soporoz (şərti reflekslərin itməsi) vəziyyətdə olması aşkarlanıb. Bunun ardınca cihaz implantasiyası cərrahi əməliyyatına məruz qalan şəxs üzərində daimi iki kameralı kardiostimulyator (DDDR-pace) implantasiyası icra edilib.

Digər xəstə, hipertrofik kardiomiopatiya diaqnozu qoyulan 65 yaşlı (cinsi kişi) pasiyentdə 24 saatlıq holter müayinəsi zamanı mədəcik taxikardiyası aşkarlanıb. Xəstəyə tək kameralı ürəkdaxili defibrilyator cihazı taxılıb (VR-ICD).

Qeyd edək ki, bu ağır cərrahi əməliyyatlar Kardiologiya şöbəsinin invaziv həkimləri tərəfindən Angioqrafiya laboratoriyasında uğurla icra edilib.

Hazırda xəstələr həkim nəzarəti altında stasionar şəraitdə müalicəsini davam etdirir.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
1
medicalmedia.az

2Mənbələr