AZ

"KTMT-dən çıxmaqla bağlı Paşinyanın rəsmi bəyanatını gözləmək lazımdır" - Karasin

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaq qərarı ilə bağlı Ermənistanın baş naziri Nikol Paşinyanın rəsmi bəyanatını gözləmək lazımdır. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Federal Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin bildirib.

O, Paşinyanın dünən parlamentdə səsləndirdiyi bəyanata münasibət bildirib: "Bu cür bəyanatlar təbii ki, diqqəti cəlb edir, lakin bəzən parlamentdə emosional mübahisənin qızğın vaxtında verilir. Ona görə də biz Ermənistanın KTMT çərçivəsində tərəfdaşı olaraq yəqin ki, baş nazirin rəsmi açıqlamasını gözləməliyik, əks halda bunların hamısı havada asılıb qeyri-müəyyənlik yaradacaq ki, bu da Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı üzvü kimi Ermənistan üçün çox təəssüf doğurur". 

Ağarza Elçinoğlu 

Seçilən
72
50
unikal.az

10Mənbələr