AZ

“Gözə göz, dişə diş” – Medvedevdən Qərbin sanksiyalarına əsəbi reaksiya

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ABŞ və Avropa İttifaqının tətbiq etdiyi sanksiyalara cavab verməyin vacibliyini açıqlayıb.

KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, o, Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq etmək istəyən ölkələrə “maksimum zərər” vurmağa çağırıb:

“Budur, yeni sanksiyalar gəlir. Vaşinqton və müttəfiqləri Rusiyaya qarşı “qaydasız müharibə” elan ediblər. Biz də eynisini edəcəyik, düşmənə münasibətdə heç bir qayda olmamalıdır. Necə deyərlər, gözə göz, dişə diş. Qoy Rusiyaya zərər verdiyi üçün hər kəs layiqli cəzasını alsın”

Xatırladaq ki, bir gün əvvəl ABŞ Moskva Birjasını da hədəf alan yeni sanksiyalar paketini təqdim edib. ABŞ Maliyyə Nazirliyi məhdudiyyətlərin Rusiya və Çindən olan onlarla fiziki və hüquqi şəxsi əhatə edəcəyini açıqlayıb.

Orxan Həsənli

KONKRET.az

Seçilən
119
konkret.az

1Mənbələr