AZ

Messi karyerasını başa vuracağı klubu açıqladı

"İnter Mayami"nin əfsanəvi hücumçusu Lionel Messi karyerasını harada başa vuracağını açıqlayıb.

Fanat.Az xəbər verir ki, argentinalı ESPN-ə müsahibəsində belə deyib:

“Bu gündən etibarən "İnter Mayami"nin son klubum olacağını düşünürəm. Futbolu tərk etməyi düşünmürəm. Hər dəqiqədən həzz almağa çalışıram. Daha az vaxt qalıb, gözəl komanda yoldaşlarım və dostlarım olan klubla, bir də Argentina millisi ilə yaxşı vaxt keçirmək istəyirəm. Təqaüdə çıxanda darıxacağım kiçik şeylərdən həzz almağa çalışıram. Açığı, bir zaman hər şeyin bitəcəyi ilə bağlı bir az qorxu var”.

36 yaşlı Lionel Messi bu mövsüm "İnter Mayami"nin heyətində 15 oyun keçirib, 14 qol vurub və 11 məhsuldar ötürmə verib. Onun ABŞ klubu ilə müqaviləsinin müddəti 2025-ci ilin dekabrına qədərdir.

Mirağa

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
fanat.az

1Mənbələr