AZ

"Bu məsələ bağlana bilməz"

"Bakı şəhəri, Səbail rayonunda yerləşən 189 saylı orta məktəbin mühafizəçisinin 9-cu sinif şagirdini döyməsinin videosunu təəssüf hissi ilə izlədim. Övladı yerində olan uşağı bu cür vurmaq doğrudan da vəhşilikdən başqa bir şey deyil".

Axşam.az xəbər verir ki, bu sözlıri iş xanımı Ruhi Əliyeva sosial şəbəkə hesabında yazıb. O, Bakı məktəblərinin birində baş verən hadisəyə münasibət bildirib:

"Həmin şagirdin hansısa pis hərəkət etməsi və ya kobud söz işlətməsi bu cür zorakı davranışa qətiyyən əsas vermir. Yayılan məlumata görə məktəb mühafizəçisi artıq işdən azad olunub. Lakin onun işdən azad olunması ilə bu məsələ bağlana bilməz. Əminəm ki, hüquq mühafizə orqanları belə zorakılığa yol verən şəxsin əməllərinə hüquqi qiymət verəcək".


BiG.Az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
99
big.az

1Mənbələr