AZ

HƏMAS girovların azad edilməsi üçün tələblərini irəli sürdü

"Girovların azad edilməsi ilə bağlı sazişin bağlanmasına əsas maneə Fələstinin radikal HƏMAS hərəkatının tam şəkildə və daimi atəşkəs tələbidir".
Bu barədə "Times of Israel" qəzeti mənbələrə istinadən məlumat verib.
Nəşrin mənbəsi bildirib ki, HƏMAS İsrail hakimiyyətindən atəşkəslə bağlı zəmanətin verilməsini tələb edir. Eyni zamanda İsrail tərəfi təklif olunan sazişin birinci mərhələsində cəmi altı həftəlik atəşkəs təklif edib. Bu müddət ərzində İsrail və HƏMAS ikinci mərhələnin şərtlərini razılaşdırmalıdırlar ki, burada daimi atəşkəsin əldə edilməsi nəzərdə tutulur.
İsrailin təklifi danışıqları davam etdirmək üçün altı həftəlik atəşkəsin uzadılmasına imkan versə də, HƏMAS ehtiyat edir ki, müvəqqəti atəşkəs İsrail tərəfinə hərbi əməliyyatları bərpa etmək və razılaşmanı pozmaq üçün bəhanə tapmağa imkan verəcək.
Mənbə: TASS
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
2
oxu.az

3Mənbələr