AZ

13 yaşlı uşağa onlarla insan təcavüz etdi, ana evləri yandırdı - Yeni Baxmeyer hadisəsi

İzmirin Narlıdere rayonunda yaşayan 13 yaşlı oğlanın məhəllədə çoxlu insan tərəfindən zorakılığa məruz qaldığı bildirilir. Məhəllədəki qonşular video çəkiliş apararaq bir-birini təhdid ediblər. Qan donduran hadisədə ananın zorakılıq edənlərin evini yandırdığı iddia edilir.

 

Sfera.az bildirir ki, iddialara görə, uşağın kömək istədiyi şəxslər uşağa təcavüz edildiyini lentə alıb və zorakılıq edənləri pulla şantaj ediblər.


Xəbərdə uşağa ilk dəfə təcavüz edən şəxsin çayxanada davamlı olaraq pornoqrafik verilişlərə baxan 69 yaşlı bir nəfər olduğu bildirilir. Sonradan formalaşan şantaj sxemini məhz bu 69 yaşlı adam təşkil edib. Bu vasit' ilə o, adamlardan pul almaq isteyib.


24 may 2024-cü il tarixdə B.A.-nın ailəsinin şikayəti nəticəsində hadisədə adı keçən hər kəs saxlanılaraq həbs edilib. Övladının başına gələnləri eşidəndə pərişan olan ana isə 2 cinayətkarın evi yandırıb.


Ananın da mühakimə edildiyi bildirilir. 


Qeyd edək ki, bu hadisə mətbuatda “Yeni Baxmeyer Davası” adlandırılıb. 


Baxmeyer Davası 1950-ci ildə Qərbi Almaniyada 7 yaşlı qızını zorlayaraq öldürən qatili ağlından çıxara bilməyən ana Marianne Baxmeyer, qatili məhkəmə zalının ortasında güllə ilə vurub.


6 il həbs cəzası alan Baxmeyer 3 il həbs cəzasını çəkdikdən sonra sərbəst buraxılıb.

 

Aynil

Sfera.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
sfera.az

1Mənbələr