AZ

Zarafata görə tanışını bıçaqlayan məktəbliyə şərti cəza verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Xəyal Məmmədovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

 

Məhkəmənin hökmü ona şərti cəza verilib.

 

İttihama görə, hadisə 2023-cü ildə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qobu-Park-1 yaşayış kompleksində yerləşən binaların birinin qarşısında qeydə alınıb.

 

Belə ki, Lökbatanda məktəblərinin birinin 10-cu sinfində oxuyan Xəyal Məmmədov tanışı, zərərçəkmiş Malik Əsədovla (şərti) mübahisə edib. Mübahisəyə səbəb isə zərərçəkmişin onunla zarafat etməsi olub. Bu zaman Malik onu yumruqla vurub. Sonra Xəyal üzərində gəzdirdiyi bıçaqla qəsdən zərərçəkmiş şəxsin qarın nahiyəsinə 1 dəfə zərbə vuraraq, ona xəsarət yetirib.

 

Hadisədən sonra Xəyal Məmmədov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

 

Kamal Məmmədov

Tarix: 13 İyun 2024, 08:42   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
pravda.az

1Mənbələr