AZ

Yaponiya hökuməti Monqolustanda KXDR ilə məxfi əlaqələrə dair məlumatları şərh etmir

Yaponiya hökuməti Cənubi Koreya mətbuatında Koreya Xalq Demokratik Respublikası (KXDR) və Yaponiya nümayəndələrinin may ayında Monqolustanda görüş keçirməsi ilə bağlı yayılan məlumatı şərh etmir. Bizimyol.info xəbər verir ki, bunu Tokioda keçirilən mətbuat konfransında Nazirlər Kabinetinin baş katibi Yoşimasa Hayaşi deyib. “Məsələnin mahiyyətinə görə, mən bu məsələyə münasibət bildirməkdən çəkinmək istərdim. İstənilən halda, baş nazir Fumio Kişidanın dəfələrlə bəyan etdiyi kimi, sonda sammit keçirmək üçün baş nazirin birbaşa nəzarəti altında KXDR ilə yüksək səviyyəli müzakirələri davam etdirəcəyik. Bu baxımdan heç bir dəyişiklik baş verməyib”, - deyə o qeyd edib. “Çunan İlbo” qəzetinin məlumatına görə, iki ölkə nümayəndələrinin görüşü Ulan-Batorun yaxınlığında baş tutub. Şimali Koreya tərəfində kəşfiyyat departamentinin rəsmiləri və valyuta gəlirlərinə cavabdeh olanlar da daxil olmaqla üç nəfər iştirak edib. Martın 26-da Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) Şimali Koreya lideri bacısı Kim Yo Conqun bəyanatını dərc edib və o, Şimali Koreya tərəfinin Yaponiya ilə hər hansı danışıqlardan imtina etdiyini vurğulayıb. Qeyd olunub ki, Pxenyan da oğurlanmış Yaponiya vətəndaşları məsələsində Tokionun mövqeyinə görə ölkə lideri Kim Çen In və Kişida arasında görüş keçirməkdə maraqlı deyil. Kim Çen Inın bacısı qeyd edib ki, Yaponiya “nüvə və raket məsələləri kimi ifadələr işlətməklə KXDR-in suverenliyini şübhə altına almağa” çalışır. Bundan əlavə, Tokio Pxenyanın oğurlanmış yapon vətəndaşları məsələsinin həll olunması ilə bağlı mövqeyi ilə razılaşmır, Kim Yo Conq yekunlaşdırıb. Şimali Koreyanın kəşfiyyat xidmətləri tərəfindən yaponların oğurlanması mövzusu rəsmi diplomatik əlaqələri olmayan iki dövlət arasında münasibətlərdə ən ağrılı mövzulardan biridir. 2002-ci ildə Pxenyan ilk dəfə olaraq 13 Yaponiya vətəndaşının oğurlandığını etiraf edib və onlardan 5-nin vətəninə qayıtmasına icazə verib. Qalanların öldüyü elan edilib, qalıqlarının isə yaxınlarına göndərildiyi bildirilsə dfə, məlumatın həqiqiliyini təsdiqləmək mümkün olmayıb. 2014-cü ilin mayında Yaponiya və Şimali Koreya hökumətləri yapon vətəndaşlarının oğurlanması ilə bağlı yeni təhqiqatın aparılması barədə razılığa gəliblər, lakin bununla bağlı komissiya Pxenyanın təşəbbüsü ilə sonradan ləğv edilib. Qadir, Bizimyol.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
94
bizimyol.info

1Mənbələr