AZ

Keşiş Baqratın dünənki haylı mitinqinə vur-tut 3600 hay qatılıb...-FOTOLAR  

İyunun 12-də saat 20:00 radələrində, İrəvanın Baqramyan prospektində, parlament binası  qarşısında etirazçılarla polis arasında toqquşma baş verib. Sonuncular xüsusi tədbirlərdən, xüsusən də səs qumbaralarından istifadə ediblər. 
 
Moderator.az xəbər verir ki, “Armtimes” nəşrinin yaydığı məlumata görə, bu barədə mediaya “Məlumatlı vətəndaşlar birliyi” QHT-dən informasiya çatdırılıb.
Saat 20:45...
 
“Məlumatlı vətəndaşlar birliyi” həmin hadisələr zamanı dərhal aerofoto-çəkilişlər aparıb və əldə edilən foto nümayiş iştirakçılarının sayını toqquşmalardan dərhal əvvəl hesablamağa imkan verib. Saat 19:08-ə olan məlumata görə, toqquşma yerində və ətraf ərazilərdə polisdən əlavə 3600 nəfər olub.
 
Xatırladılır ki, iyunun 9-u axşam saatlarından etibarən Baqramyan-Dəmirçyan kəsişməsində “Vətən Uğrunda Tavuş Hərəkatı” arxiyepiskop Baqrat Qalstanyanın rəhbərliyi ilə oturaq aksiya keçirir. Qeyd edilir ki, dünən eyni hərəkat saat 15:00-dan etibarən həmin məkanda mitinq çağırıb. Saat 16:09-a olan məlumata görə, etiraz aksiyasına cəmi 3400-ə yaxın insan qatılıb.
 
S.Laçın
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
moderator.az

1Mənbələr