AZ

SağlamlıqÜST: Sudanda kütləvi aclıq təhlükəsi mövcuddur

Sudanlılar əsas səhiyyə xidmətlərinə çıxışın olmaması səbəbindən ölür və bəzi bölgələr aclıq riski altındadır.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Cenevrədə keçirdiyi brifinqdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.

“Sudanda dünyanın ya unutduğu, ya da məhəl qoymadığı müharibə gedir”, - o deyib. “Ölkə dünyanın ən böyük humanitar böhranı ilə üzləşib. Münaqişədən təsirlənən ştatlarda xəstəxanaların 70 %-dən çoxu işləmir. İnsanlar əsas səhiyyə xidmətlərinə və dərmanlara çıxışın olmamasından ölür, bəzi bölgələrdə kütləvi aclıq riski çox realdır", - Qebreyesus əlavə edib.

O, bütün Sudanda telekommunikasiyaya çıxışın sürətlə bərpasına çağırıb və rabitədəki nasazlığın xəstəliklərə nəzarət sisteminə təsir etdiyini vurğulayıb.

Seçilən
160
1
far.az

2Mənbələr