AZ

İstiyə görə tarixi abidə turistlərin üzünə bağlandı

Yunanıstanda havaların kəskin isti keçməsinə görə tarixi abidə ziyarətə bağlanıb.

Teleqraf.com xəbər verir ki, keçən il 4 milyon turistin ziyarət etdiyi Yunanıstanda yerləşən Akropol abidəsi saat 12.00-17.00 arasında bağlanacaq.

Qərbi Trakya və Yunanıstanın mərkəzi bölgələrində isə isti havaya görə saat 12:00-dan etibarən məktəblər bağlanıb.

Meteorologiya Departamentindən verilən məlumata görə, isti havalar iyunun 14-nə qədər davam edəcək.


Müəllif: Arzu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
96
teleqraf.com

1Mənbələr