AZ

Bədəndə xərçəng hüceyrələrinin yayılmasına “kömək edən” gen tapıldı

Massaçusets Ümumi Xərçəng Mərkəzinin alimləri şiş hüceyrələrinin bütün bədənə yayılmasına “kömək edərək” xərçəng metastazını təşviq edən Gstt1 genini müəyyən ediblər.

Sfera.az xəbər verir ki, sraşdırmanın nəticələri "Nature Cell Biology" jurnalında dərc olunub.


Alimlər izah ediblər ki, müəyyən genlərin fəaliyyəti xərçəng hüceyrələrinin öz mühitində dəyişikliklərə səbəb olmasına və bədənin digər nahiyələrinə keçməsinə, şişlərin əmələ gəlməsinə imkan verir. Şiş böyüməsinin ikincil ocaqlarının yaranmasına kömək edən spesifik genləri müəyyən etmək üçün tədqiqatçılar siçanlar üzərində təcrübə aparıblar.


Onlar mədəaltı vəzi və ya süd vəzi xərçəngi olan gəmiricilərdə ilkin və metastatik şişlərdə gen ifadə nümunələrini müqayisə ediblər. Metastatik şiş hüceyrələrində tənzimlənən müxtəlif genləri müəyyən etdikdən sonra tədqiqatçılar onların hər birini ayrı-ayrılıqda söndürüblər.


Nəticələr göstərib ki, Gstt1 geninin susdurulması siçanların əsas şiş hüceyrələrinə heç bir təsir göstərməyib, lakin metastatik hüceyrələrin böyüməsi və yayılmasının qarşısını alıb.

İnci
Sfera.az

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
sfera.az

1Mənbələr